Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:51

Trayan Basesku yenidən prezident oldu


Rumıniyanın Konstitusiya Məhkəməsi dekabrın 6-da keçirilmiş prezident seçkisinin qalibinin əvvəlki prezident Trayan Basesku olduğunu elan edib.

Məhkəmə seçkinin nəticələrinə dair Sosial Demokrat Partiyasının lideri Mirkea Geoananın iddialarını rədd edib. Müxalifət lideri seçkidən namizəd olmuş əvvəlki prezident Baseskunun saxtakarlıq hesabına qalib gəldiyini bildirir. Rəsmi nəticələrə görə Basesku rəqibindən 70 minə yaxın çox səs qazanıb.

Bu gün Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyasının nümayəndələri də Rumıniyaya 2.2 milyard dollarlıq kredit verilməsinin bərpa olunması barədə danışıqlar üçün bu ölkəyə gediblər. Sİyas böhrana görə borcun verilməsi dondurulmuşdu.
XS
SM
MD
LG