Keçid linkləri

2017, 28 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Ərdoğan İtaliyaya səfərini təxirə salıb


Bu ilin avqustunda Ankarada Samsun-Ceyhan neft kəməri layihəsinin imza mərasiminə Rusiyanın baş naziri Vladimir Putinlə yanaşı Silvio Berluskoni də qatılmışdı.

Bu ilin avqustunda Ankarada Samsun-Ceyhan neft kəməri layihəsinin imza mərasiminə Rusiyanın baş naziri Vladimir Putinlə yanaşı Silvio Berluskoni də qatılmışdı.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İtaliyaya planlaşdırılan səfərini təxirə salıb. Səfərin yeni tarixi barədə məlumat verilməyib. Siyasi dairələrdə səfərin təxirə salınmasının səbəbi kimi İtaliyanın baş naziri Silvio Berluskoninin burnunun bir xuliqan tərəfindən qırılması göstərilir.

Ərdoğanla Berluskoni arasında sıx dostluq münasibətləri var.

Berluskoni 2004-cü ildə Ərdoğanın oğlu Nəcməddin Bilalın nikah şahidi olub. Ərdoğan nikaha siyasət müəllimi Nəcməddin Ərbakanı dəvət etməmişdi. Bunun səbəbini soruşan jurnalistlərə keçmiş baş nazir Ərbakan belə cavab vermişdi: «Oğluna ad qoyanda mənim adımı qoyur, ancaq nikahına çağırmır».

Bu ilin avqustunda Ankarada Samsun-Ceyhan neft kəməri layihəsinin imza mərasiminə Rusiyanın baş naziri Vladimir Putinlə yanaşı Silvio Berluskoni də qatılmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG