Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:41

ABŞ ATƏT sədri olacaq Qazaxıstandan daha yaxşı demokratiya gözləyir


ABŞ ümid edir ki, Qazaxıstan ATƏT-ə rəhbərliyi dövründə demokratiya və insan haqları sahəsində vəziyyəti yaxşılaşdıracaq. Dövlət Katibinin yardımçısı Robert Blake bu gün Qazaxıstanın ATƏT-ə sədrliyinə razılaşdığına görə Qərbə yönələn tənqidləri şərh edərkən belə deyib.

2010-cu ildə Avropanın ən böyük hüquq və təhlükəsizlik təşkilatlarından olan ATƏT-ə sədrlik növbəsi Qazaxıstana keçir. İnsan haqları fəalları deyirlər ki, demokratiya və insan haqlarını boğan Astanaya bu imkan verilməməli idi.

Bu gün jurnalistlərlə söhbətində Robert Blake də deyib ki, bu ölkə demokratiyanı təşviq edən bir qrupa rəhbərlik etməyə münasib deyil.
XS
SM
MD
LG