Keçid linkləri

Təcili xəbərlər
2024, 27 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Separatçı Abxaziyanın lideri Sergey Baqapş yeni müddətə prezident seçilib


Separatçı Abxaziyanın lideri Sergey Baqapş yeni müddətə prezident seçilib. Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə görə, Baqapş 59.4 faiz, onun əsas rəqibi Raul Xacimba isə 15.4 faiz səs toplayıb. Müxalifət seçkilərin saxtalaşdırıldığını iddia edir.

Şənbə günü keçirilmiş prezident seçkiləri Abxaziyanın müstəqilliyini elan etməsindən bu yana burada keçirilən ilk seçkidir. Rusiyanın təqdir etdiyi bu seçkiləri dünyanın əksər ölkələri tanımayıb.

XS
SM
MD
LG