Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:10

Tehran polisi tələbələri mühasirəyə alıb


İranın ali dini lideri Ayatolla Əli Xamenei sakitliyə çağırıb və müxalifəti düşmənçilik mühiti yaratmaqda ittiham edib.

O müxalifəti düzgün yola qayıtmağa çağırıb və ölkədə keçirilən etitaz aksiyalarının qanunsuz olduğunu bildirib.

Polis bu arada Tehran Universitetində düşərgə salmış tələbələri mühasirəyə alıb.

Tələbələr deyir ki, ölkənin ali dini lideri Ayatolla Ruhulla Xomeyninin şəkillərinin yandırılmasıyla bağlı göstərilən süjetləri hökumət ozü qondarıb.

İranın dövlət televiziyası dəfələrlə dekabrın 7-də keçirilmiş nümayiş vaxtı nəməlum əllərdə yandırılan bu cür şəkilləri nümayiş etdirib.

Tələbələr deyir ki, bunu hökumətin agentləri qəsdən edib.
XS
SM
MD
LG