Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:13

Kabil merinin müavini də həbs olundu


Kabil merinin müavini dünən həbs olunub.

O korrupsiyada ittiham olunur.

Assosiated Press agentliyi Əfqanıstanın baş prokurorluğuna istinadla xəbər verir ki, Vahibuddin Sadat səlahiyyətlərindən sui istifadə edib, amma söhbətin dəqiq nədən getdiyinə aydınlıq gətirilmir.

Sadat Məkkədən dönərkən Kabil Hava limanında həbs olunub.

Bir neçə gün bundan əvvəl Kabilin meri Abdul Əhəd Sahibi karrupsiya ittihamıyla 4 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG