Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:28

Hərbi xidmətə çağırışda islahatlar nəzərdə tutulur


Dəyişikliklər nəticəsində Respublika Hərbi Komissarlığının səlahiyyətləri məhdudlaşdırılıb
Dəyişikliklər nəticəsində Respublika Hərbi Komissarlığının səlahiyyətləri məhdudlaşdırılıb
Azərbaycanda hərbi xidmətə çağırış sistemində islahatların davam etdirilməsi nəzərdə tutulur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.

S. Novruzovun sözlərinə görə, hazırda hərbi xidmətə çağırış sistemində islahatlar aparılır. Növbəti mərhələdə həyata keçiriləcək tədbirlərin layihəsi isə Ali Baş Komandana təqdim olunacaq: «Prezident İlham Əliyev müvafiq qərar qəbul etdikdən sonra qanunvericiliklə bağlı islahatlar davam etdiriləcək. Bu sahə ilə bağlı müxtəlif layihələr var».

İndiyədək dəfələrlə Respublika Çağırış Komissiyasının üzvü kimi vətəndaşların hərbi xidmətə çağırışı prosesini izlədiyini deyən millət vəkilinin sözlərinə görə, son illər çağırışın təşkili və gənclərin silahlı qüvvələrdə xidmətə göndərilməsi yüksək səviyyədə yerinə yetirilir.

S. Novruzov onu da qeyd edib ki, çağırış sistemində cari ilin aprelindən aparılan dəyişikliklər müsbət nəticə verir: «İndi bölgü kompüter vasitəsi ilə xüsusi proqram əsasında aparılır və bu proses Müdafiə Nazirliyinin səfərbərlik idarəsi tərəfindən həyata keçirir. Amma bu sistemin effektini bir-iki çağırışla müəyyən etmək çətindir. Hər iki sistemdə çatışan cəhətlər də var, çatışmayan da. Bunun effektini öyrənmək üçün bir müddət vaxt lazımdır».

Qeyd edək ki, 2009-cu ilin aprel çağırış mövsümündən Azərbaycanda hərbi xidmətə çağırış qaydalarına dəyişikliklər edilib. Yeniliklər nəticəsində çağırışçıların qoşun birləşmələrinə paylaşdırılmasının Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsi (TSİ) tərəfindən həyata keçirilir. Həmçinin çağırışçı əvvəlcədən hansı qoşunlarda xidmət edəcəyi barədə məlumatlandırılır. Dəyişikliklər nəticəsində Respublika Hərbi Komissarlığının səlahiyyətləri məhdudlaşdırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG