Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 05:46

«21 Azər»i qeyd edən azərbaycanlılar həbs olundu


2006-cı il «21 Azər»in ildönümündə Təbrizdə Azərbaycan bayrağı qaldırılıb
Təbrizdə «21 Azər» Hərəkatının 64 illiyi ilə əlaqədar keçirilən mərasimdə bir qrup azərbaycanlı fəal həbs olunub.

Məlumatı İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur verib.

«Dekabrın 11-də Təbrizin Vəliəsr məhəlləsində milli fəallardan birinin evində bayram mərasimi təşkil olunub. ETTELAAT məmurları 4 nəfəri - Camal Tesudiyan, Bəhram Behimi, Səid Çələbyanı və Rza Qordanini həbs ediblər. ETTELAAT onların şəxsiyyət vəsiqəsi və mobil telefonlarını müsadirə edib».

Təbrizdə tanınmış Azərbaycan fəalı Həsənağa Dəmirçinin evində də «21 Azər» Gününün qeyd olunması planlaşdırılmışdı, amma həbs xəbərlərinə görə tədbir ləğv olunub. Ancaq 7 nəfər ETTELAAT tərəfindən saxlanaraq, sorğu-sual edilib.

1945-ci il dekabrın 12-si, İran təqvimi ilə deyilsə, Azər ayının 21-i İran Azərbaycanında ilk milli hökumət yaranıb.
XS
SM
MD
LG