Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Türkmənistanla Çini birləşdirən kəmərin açılışı olub


Türkmənistanla Çini birləşdirən qaz kəmərinin Qazaxıstandan keçən hissəsinin açılışı olub.

Astanada keçirilmiş mərasimdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çin prezidenti Hu Çintau və digər rəsmilər iştirak ediblər.

Hu Çintau həmçinin kəmərin Türkmənistana aid hissəsinin açılışında iştirak etmək üçün Astanadan Aşqabada yollanacaq.

Uzunluğu 1833 kilometr olan kəmərlə il ərzində 40 milyard kub metr qaz daşınması nəzərdə tutulur.

XS
SM
MD
LG