Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Bakı ABŞ-ı neytrallığını qorumağa çağırır


Əli Həsənov
Əli Həsənov
«Biz ABŞ-ı öz neytral statusunu saxlamağa, separatçı rejimə yardım göstərməməyə çağırırıq. Çünki hər bir yardım hansı adla olur-olsun, istənilən halda separatçı rejimin daha da güclənməsinə xidmət edir».

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın «Dağlıq Qarabağ Respublikası»na 8 milyon dollar iqtisadi yardım ayırmasına münasibət bildirərkən belə deyib.

Ə.Həsənov bildirib ki, ABŞ-ın bu addımı Azərbaycanda təbii olaraq mənfi qarşılanıb:

«Biz bu məsələni pisləyirik və düşünürəm ki, nəinki təkcə biz, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlılar bu məsələdə ABŞ-a öz etiraz səsini çatdıracaq».

ABŞ iqtisadi yardım çərçivəsində 2010-cu ildə Ermənistana 41 milyon, «Dağlıq Qarabağ Respublikası»na isə 8 milyon dollar ayıracaq.

Bu paket dekabrın 9-da ABŞ Senatı və Nümayəndələr Palatası tərəfindən bəyənilib. /AnsPress/
XS
SM
MD
LG