Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:51

Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib


Fransada yaşayan azərbaycanlılar bu gün Lion şəhərində "Euronews" televiziya kanalının baş ofisinin qarşısında etiraz aksiyası keçirib.

Bu barədə ANS PRESS-ə aksiyada iştirak edən azərbaycanlılardan biri Aydın Məmmədov məlumat verib.

Onun sözlərinə görə, aksiyada 50-ə yaxın adam iştirak edib.

Xatırladaq ki, "Euronews" kanalının əməkdaşları rəsmi Bakının icazəsi olmadan separatçı Dağlıq Qarabağa səfər edərək, Dağlıq Qarabağ münaqişəsi barədə birtərəfli reportaj hazırlamışdılar.
XS
SM
MD
LG