Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Özbəkistanda insan haqları fəallarına hücumlar artıb


«Özbəkistanda parlament seçkilərindən qabaq insan haqları fəallarına qarşı hücumların sayı artırıb». Human Rights Watch təşkilatı belə deyir.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Holli Kartner bildirib ki, Özbəkistanda insan haqları ilə bağlı məlumat verməyə çalışan istənilən adam hücuma məruz qalır, həbs edilir və ya daha pis halla üzləşmək təhlükəsi qarşısında qalır.

Human Rights Watch əlavə edir ki, ABŞ və AB-yi Özbəkistan hökumətinin pozuntularına qarşı «sakit diplomatiya» aparır.

Özbəkistanda parlament və yerli seçkilər dekabrın 27-də keçiriləcək.
XS
SM
MD
LG