Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:20

Putin Perm hadisəsinə görə məmurları tənqid edib


Rusiya Baş naziri Vladimir Putin Permdə baş verən yanğınla əlaqədar məmurları tənqid edib. 130-dan çox adamın ölümü ilə nəticələnən yanğını korrupsiya və məmurların etinasızlığı ilə bağlıyıb.

Dekabrın 10-da Putin kabinetin iclasında bildirib ki, Rusiya bürokratiyasının bütün qüsurları ölümlə nəticələnən hadisə nəticəsində ifşa olunub – təcrübəsizlik, korrupsiya kimi.

O, xüsusilə istehlakçı, tikinti, mülkiyyət və yanğın müfəttişlərini tənqid edib ki, yanğının baş verdiyi gecə klubunun fəaliyyətinə nəzarət etməyiblər.

Putin yanğından sonra Permdə olub, bundan bir gün sonra Permin bütün rəsmiləri istefa veriblər.

«Xromaya loşad» gecə klubunda yanğın bir həftə əvvəl olub.

Yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb, 4 nəfər həbs olunub.
XS
SM
MD
LG