Fransa BMT Təhlükəsizlik Şurasının üzvlərini İrana qarşı yeni sanksiyalar üzərində işləməyə çağırıb.
Fransanın BMT-dəki səfiri Qerard Araud dekabrın 10-da deyib ki, İranın nüvə proqramı ilə bağlı iqtisadi sanksiyaları gecikdirməyə səbəb yoxdur. İran nüvə proqramının dinc məqsədli olduğunu yoxlamağa qoymur.
Rusiya və Çin isə Tehranla daha səbirli olmağa çağırır.
ABŞ, Fransa və Britaniya səfirləri həmçinin İranın BMT-nin Nüvə Agentliyinin təklifindən imtina etməsindən təəssüfləniblər. Agentlik təklif edirdi ki, İran uranın böyük hissəsini xaricdə zənginləşdirsin.