Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:47

Ramiz Mehdiyevin tənqidindən sonra dərsliklər dəyişdirilə bilər


Ramiz Mehdiyevin tənqidlərindən sonra Təhsil Nazirliyi dərsliklərdə dəyişiklik etmək fikrinə düşüb
«Bizim Yol»: Ramiz Mehdiyevin tənqidlərindən sonra Təhsil Nazirliyi dərsliklərdə dəyişiklik etmək fikrinə düşüb. Tarix dərslikləri bərbad vəziyyətdədir. Nazirliyin şöbə rəisi Faiq Şahbazlı: «Ramiz Mehdiyevin belə iradlarından sonra tarix dərsliklərində mütləq dəyişiklik edəcəyik».

«Azadlıq»: İsmət Abbasov Maliyyə Nazirliyini ittiham etdi

Nazir: «Taxıl istehsalında azalma Maliyyə Nazirliyinin subsidiyaları vaxtında verməməsidir».

«Yeni Müsavat»: Azərbaycanlı terrorçu Əfqanıstanda öldürüldü

«Abdulla» ləqəbli Azər Misirxanov ABŞ silahlı qüvvələrinin keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

«Yeni Azərbaycan»: Yeniyetmələrin 7-ci beynəlxalq elm olimpiadası başa çatıb

Olimpiadada azərbaycanlı şagirdlər 9 qızıl medal qazanıblar.

«Şərq»: «İctimai qınaq güclü olmalıdır»

Nizami Cəfərov: «Telekanallardakı bayağılaşma və milli-mənəvi dəyərlərə sığmayan proqramların qarşısını almağın ən yaxşı yolu budur».

«525-ci qəzet»: «Müharibə başlasa, alovu çox yerləri götürəcək»

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu belə deyir.

«Bakı Xəbər»: Ölkədə keçirilən torpaq hərraclarından narazılıqlar artır

Ekspertlər onun keçirilmə mexanizminin beynəlxalq təcrübəyə əsaslanmadığını deyir. Samir Əliyev: «Bəzən hərracda iştirak edən şəxs özü ilə qohumlarını, yalançı namizədlər gətirir».

Günün bütün mövzuları

XS
SM
MD
LG