Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:44

Obama müharibəyə bəraət qazandırır


Amerika prezidenti Barak Obama Osloda Nobel sülh mükafatını alarkən etdiyi çıxışda müharibə, sülh, nüvə silahının yayılmaması və Amerikanın İraq və Əfqanıstandakı rolundan danışıb.

Obama ona mükafatı verənlərə dərin təşəkkürünü bildirsə də, mükafata layiq görülmək üçün hələ kifayət qədər iş görmədiyi haqda tənqidçilərinin fikirlərini də qəbul edib.

Bir neçə gün qabaq Əfqanıstana 30 min qoşun göndərməsi haqda məsələyə toxunan prezident bildirib ki, müharibə bəzən vacib olur və ona mənəvi cəhətdən bəraət qazandırmaq mümkün olur. O hesab edir ki, hökumətlər bəzən öz ölkələrini və xalqlarını şər rejimlərdən və terror qruplarından müdafiə etmək üçün hərbi yolu seçməyə məcbur olurlar.

“Dünyada şərin mövcudluğu faktdır. Qeyri-zorakı hərəkatlar Hitler ordusunu dayandıra bilməzdi. Danışıqlar yolu ilə əl-Qaidə rəhbərlərini silahı yerə qoymağa inandırmaq mümkün olmadı”.
XS
SM
MD
LG