Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:36

Obama: "Şübhəsiz ki, məndən daha layiqli namizədlər ola bilər"


Amerika prezidenti Barak Obama deyib ki, şübhəsiz ki, Nobel sülh mükafatını almağa ondan daha layiqli namizədlər ola bilər. Bu gün ona Nobel mükafatı Osloda təqdim edilib.

Obama deyib ki, "əsas məsələ mənim qənaətimcə təkcə Amerika üçün yox, bütün dünyada sülh və təhlükəsizlik üçün mühüm olan yolla getməkdə davam etməkdir".

Nobel Komitəsi ona mükafatı verərkən bunu belə əsaslandırıb: "Beynəlxalq diplomatiya və xalqlar arasında əməkdaşlığı möhkəmləndirmək üçün böyük səylərinə görə".

Amma bəziləri keçən həftə Obamanın Əfqanıstana əlavə olaraq 30 min qoşun göndərmək haqda qərar qəbul etməsini Nobel sülh mükafatı laureatına yaraşmayan hərəkət kimi qiymətləndiriblər.
XS
SM
MD
LG