Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:58

Şimali Koreya və Amerika danışıqları bərpa etməyin vacibliyini anlayır


Amerikanın Şimali Koreya üzrə elçisi deyib ki, hər iki tərəf Pxenyanın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyin zəruruliyini anlayır.

Stefen Bosfort Şimali Koreyanın paytaxtı Pxenyana 3 günlük səfərinin sonunda deyib ki, bu, ilin əvvəlindən bəri, yəni Amerikada Barak Obamanın hakimiyyətə gəlişindən sonra iki ölkə arasında ilk rəsmi kontaktlardır.

"Mən inanıram ki, Pxenyandakı danışıqlar çox səmərəli keçib. Biz qarşılıqlı anlaşma şəraitində və səmimi işgüzar mühitdə fikir mübadiləsi apardıq".

Amma Bosfort onu da etiraf edib ki, Şimali Koreyanın konkret nə vaxt altıtrəfli danışıqlara qayıdacağı bəlli deyil.

Pxenyan danışıqları bu ilin aprelində tərk edib.

Altıtərəfli danışıqlarda Amerika, Yaponiya, Çin, Rusiya, Şimali və Cənubi Koreyalar iştirak edir. Şimali Koreyaya təklif edilir ki, nüvə proqramını tam dayandırsın, bunun əvəzində yardımlar alsın.
XS
SM
MD
LG