Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Administrasiya əməkdaşları məhkəmə qarşısında


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Prezident Administrasiyasının bir qrup sabiq əməkdaşının məhkəməsi keçirilir.

İbrahim Zeynalov, Solmaz Quliyeva, Sədaqət Zərbəliyeva, Rafiq Məhərrəmov, Buzovna bələdiyyəsininn üzvləri Ağabəy Yunisov, Qüdrət Baloğlanov və Ağamayıl Ağamaliyev külli miqdarda rüşvət almaqda, vəzifə saxtakarlığında, rəsmi sənədləri saxtalaşdırmaqda, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilirlər.

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi tərəfindən aparılmış istintaq yolu ilə müəyyən edilib ki, bu şəxslər Bakının Buzovna, Qala və digər qəsəbələrində saxta yolla torpaq sahələri ələ keçiriblər.
XS
SM
MD
LG