Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:06

Amerikalı həmsədr Azərbaycandadır


Bradtke görüşlərə başlamaq üçün Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrlərinin gəlişini gözləyir
Bradtke görüşlərə başlamaq üçün Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrlərinin gəlişini gözləyir
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke artıq Bakıdadır. Bu barədə AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Terri Devidson deyib.

O bildirib ki, Bradtke görüşlərə başlamaq üçün Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrlərinin gəlişini gözləyir. Yuri Merzlyakov və Bernar Fasienin Bakıya axşam gələcəyi gözlənilir.

Rəsmi görüşlər dekabrın 11-də keçiriləcək. Həmsədrlərin prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair «Madrid prinsipləri»nin həmsədrlər tərəfindən yenilənmiş variantı və Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məsələsi müzakirə olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG