Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 19:37

Herta Müller Çinə qarşı sərt olmağa çağırır


G
G
Dekabrın 10-da Nobel mükafatının təqdimetmə mərasimi keçirilib, alman yazıçısı Herta Müller də Stokholmda təşkil edilən mərasimdə öz mükafatını alıb.

O öz çıxışında Rusiya və İranı da insan haqlarının vəziyyətinə görə tənqid edib.

Mərasimdən qabaq isə H.Müller Qərb ölkələrini Çinlə bağlı mövqelərini sərtləşdirməyə çağırıb.

O, Çinin “hələ də demokratiyadan uzaq ölkə” olduğunu bildirib.

H.Müller Çində dissidentlərin cəzalandırıldığını buna misal çəkib.

Yazıçının özü də vaxtilə Rumıniyada dissident həyatı yaşayıb və Çauşesku rejiminə casusluq etməkdən imtina elədiyi üçün işini itirib.

“Çin özünün demokratiya yolu ilə getdiyini iddia edir.

Amma bu söz nəinki 50 faiz, 25 faiz, heç 10 faiz də düz deyil.

Mən təqib olunmaq qorxusunun nə demək olduğunu bilirəm. Belə vəziyyətlə qarşılaşmaq məni çox narahat edir, hiddətləndirir”.

Nobel mükafatı laureatı təqdimat mərasimində. Stokholm 10 dekabr 2009
XS
SM
MD
LG