Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Toya getməli Azərbaycan...


İnternet azadlığı. Mixail Zlatkovskinin karikaturası
İnternet azadlığı. Mixail Zlatkovskinin karikaturası
Azərbaycanda iki bloqçu tutulanda Misirdə də iki bloqçu tutulmuşdu. Yeganə fərq onda idi ki, Misirdə bloqçuları müdafiə eləyən vəkili də tutdular. Vəkil Misirdəki hüquq sisteminə şər atmaqda ittiham olunurdu...

...Suriyada bağlanan internet saytlarının sayı 225-dir.

Bir bloqçuya 3 il həbs verilib, ittiham belədir: «xalqın mənəviyyatını pozan və müharibə dövründə milli ruhu zəiflədən xəbərlər verdiyinə görə».

...Misirdə bir jurnalist dostlarına şeir yazıb. Məhkəmə həmin şeri prezidentin şərəfinə toxunmaq hesab eləyib, jurnalistə 3 il həbs cəzası kəsib. Yaxşı ki, apelyasiya məhkəməsi bu qərarı ləğv elədi.

...Suriyada yeni qanun layihəsi irəli sürülüb. Layihə qadınların müstəqil şəxs olmasını şübhə altına alır.

«Cəzasızlıq qalası» – Ərəb Dünyasında insan haqlarının vəziyyəti ilə bağlı hesabat belə adlanır. Hesabatı Qahirədəki İnsan Haqları Araşdırmaları İnstitutu hazırlayıb.

İnsanın haqqını pozmaqda ərəb hökmranlarının əlində bir güclü bəhanə var - bu da fövqəladə vəziyyətdir.

Suriyada 36-cı ildir ki, fövqəladə vəziyyətdir. Fövqəladə vəziyyətin Misirdə 28 illiyidir.
Sudan 20 ildir ki, fövqəladə vəziyyətdə yaşayır, Əlcəzair - 17 il.

Ərəb ölkələrində başqa problem ömürlük prezidentliklərdir. Tunisdə keçən il konstitusiyada manipulyasiyalarla bütün maneələr aradan qaldırıldı ki, bu il Ben Əli 5-ci dəfə prezident seçilə bilsin.

Misirdə Mübarəkin 5-ci prezidentliyi 2011-ci ildə bitir.

Əlcəzairdə prezidentliyə iki dəfə məhdudiyyəti götürüldü ki, Buteflika 3-cü dəfə prezident ola bilsin.

ƏRƏB ÖLKƏLƏRİNDƏ İNSAN HAQLARI POZUNTULARI


Yəməndə mətbuat, çap cinayəti adlı xüsusi anlayış var. Çap cinayətlərinə baxan xüsusi məhkəmə də var. Bu məhkəmə bu il azı 10 qəzeti bağlayıb.

Yəməndə həbs olunmaq hələ yaxşı variantdır, çünki yoxa çıxan jurnalistlər də var.

Bəhreyndə insan haqları fəallarının sıxışdırılması ölkə hüdudları ilə məhdudlaşmır. Bu il Bəhreyn hökumətinin əli onlara Avropada da çatmağa başlayıb.

Səudiyyə Ərəbistanında insan haqları müdafiəçilərinin bu statusu tanınmır, insan haqlarını müdafiə eləyənlər uzun müddətə həbsə atılır, məhkəmələri olmur.

Misirdə insan haqları ilə məşğul olmaq üçün polis də daxil, iki nazirlikdən icazə almaq lazımdır. İnsan haqları QHT-sinə razılığı Sosial Həmrəylik adlı nazirlik verir.

Mərakeşdə son illər müstəqil mətbuat genişlənir, ancaq müstəqillik kral ailəsindən yazana qədərdir. Bu həddi keçənlər çox böyük məbləğdə cərimə olunurlar.

Misirdə bloqçular, internet fəalları təhlükəsizlik qüvvələrinin güclü hücumu altındadır, onları tutmaqdan çox, oğurlayırlar, döyürlər. 2 il həbsdə yatıb, məhkəməsini gözləyənlər var.

Səudiyyə Ərəbistanında blok olunan vebsaytların sayı minlərlədir. Səudiyyə Ərəbistanında bir bloqçu günahlara haqq qazandırmaq ittihamı ilə 5 il həbsə və bu müddətdə 1000 şallağa məhkum olunub

Bəhreyndə siyasi xəbərlər olan və forumlar keçirilən vebsaytlar blok olunur.

Misirdə ayağı polis məntəqəsinə dəyən hər tutulan şəxsi işgəncə gözləyir. Misirdə polis məntəqələrində işgəncələrdən onlarla adamın ölməsi haqda məlumatlar var.

İşgəncə problemi bütün ərəb ölkələrində aktualdır.

Tunisdə işgəncə ilə alınmış ifadəni məhkəmələr qanuni sayır...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG