Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Dünyanın ən bahalı küçələri


Dünyanın ən bahalı küçəsi adına Monakoda yerləşən şahzadə Qreys Avenyusu layiq görülür
Dünyanın ən bahalı küçəsi adına Monakoda yerləşən şahzadə Qreys Avenyusu layiq görülür
Artıq iki ildir ki, dünyanın ən bahalı küçəsi adına Monakoda yerləşən şahzadə Qreys Avenyusu layiq görülür. Azərbaycanda çıxan «İqtisadi forum» jurnalı bu barədə Engel & Volkers və Knight Frank şirkətlərinin birgə hazırladığı reytinq cədvəlinə istinadən məlumat verir.

Ekspertlərin məlumatlarına görə, bu ərazidə ofis sahibləri hər kv.m üçün $190 min verməyə hazırdırlar. Ərazidə 334 kv.m sahəyə malik penthauz alıcıya $50 milyona başa gəlir.

Daşınmaz əmlak bazarının ekspertləri hesab edirlər ki, Avropanın cənnəti adlandırılan Monako imkanlı şəxslər arasında populyarlığına görə liderdir. Burada bir çox ölkələrin birinci şəxsləri, tanınmış biznesmenlər, şou-biznes və idman ulduzları yaşayır və istirahət edir. İlin 320 günü havalar isti keçir, burada ən yaxşı kazinolar yerləşir, ən bahalı maşınlar və yaxtalar doludur.

Reytinqdə ikinci yeri Fransanın cənubunda Kap Ferra kurort zonasında yerləşən məşhur Şemin de San-Xospis küçəsi tutur. Bu küçədə evin 1 kv.m-ni $100 minə almaq olar. Qiymətin belə baha olması onunla əlaqədardır ki, kurort zonasında cəmisi 15 ev mövcuddur.

Dünyaca məşhur 5-ci Avenyu (5th Avenue) bahaçılığına görə ilk üçlüyü qapayır. Nyu-York yerləşən bu küçə hədsiz butik və dükanlarla doludur. Məhz buna görə buradan ofis almaq istəyən şəxs 1 kv.m əraziyə $72 min ödəməli olur.

Britaniyanın paytaxtında yerləşən Kensinqton Palas Qarden küçəsində ofislərin 1 kv.m-i $65 min, Fransa paytaxtında yerləşən Monten Avenyuda isə $54 minə satılır.

Bundan başqa Via Suvrettada (Sant-Moris, İsveçrə) daşınmaz əmlak almaq üçün hər kvadratmetr üçün $45 min, Via Romassinoda (Sardiniya adası, İtaliya) $42 min, Severn-roudda (Honq Konq) $40 min, Ostojenkada (Moskva, Rusiya) isə $35 min ödəmək lazımdır.

Siyahının 10-cusu olan Vulzli küçəsində (Sidney, Avstraliya) ofis almaq istəyən şəxs hər kv.m üçün $28 min ödəməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG