Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:43

Gəncədəki bazarların fəaliyyəti dayandırıla bilər


Gəncə Bazar ASC, Kənan MMC və Kəpəz Bazarları sanitar tələblərə cavab vermir. Bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Hürriyyət İsmayılova məlumat verib. O, bildirib ki, adıçəkilən bazarlarda xüsusən ət və ağartı məhsulları satılan sahələrində heç bir sanitar tələblərə əməl olunmur. Buna görə ötən ay keçirilən reydlərdə satıcılar cərimə edilib.

Həmçinin bazar rəhbərliklərinə zəruri təmirlə bağlı tapşırıqlar verilib. Əgər hər hansı tədbir görülməsə bazarların fəaliyyəti müvəqqəti dayandırıla bilər.

XS
SM
MD
LG