Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:54

Gəncədə iki dini icma qeydə alınıb


Gəncədə qeydiyyata düşmək istəyən altı dini icmadan ikisinə şəhadətnamə verilib. Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb zonası üzrə şöbəsinin rəhbəri Firdovsi Kərimov verib.

Gəncə şəhər «Qazaxlar Məscidi» və «Böyük Bağmanlar Məhəllə Həzrəti-Zeynəb Məscidi» dini icmalarına qeydiyyat şəhadətnamələri verilib. Firdovsi Kərimov digər dini icmaların da yaxın vaxtlarda qeydiyyata alınacaqlarını bildirib.

Gəncə şəhərində 7 islam, 7 xristian yönümlü dini icma fəaliyyət göstərir.

XS
SM
MD
LG