Rusiyanın Perm şəhərindəki gecə klublarının birində baş vermiş yanğın nəticəsində ölənləri sayı 117 nəfərə çatıb. Xəsarət alanların sayı isə 115 nəfərdir.
Hadisə dekabrın 5-də baş vermişdi. İstintaqın versiyasına görə, yanğına səbəb qapalı yerdə atəşfəşanlıq zamanı dekorativ tavanın yanması olub.
Hadisə ilə əlaqədar 4 nəfər, o cümlədən gecə klubunun sahibi saxlanılıb.