Rusiyanın baş naziri Vladimir Putin 117 nəfərin ölümünə səbəb olmuş yanğının baş verdiyi Perm şəhərinə gəlib. Şəhər rəhbərliyi ilə görüşündə Putin həlak olanların ailələrinin hər birinə 500 min rubl, təxminən 17 min dollar məbləğində yardım ediləcəyini bildirib.
Polis hadisənin baş verdiyi gecə klubunun sahibini və iki menecerini həbs edib. Onlar ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham olunurlar.
Dünən faciə ilə əlaqədar Rusiyada matəm günü kimi keçirilib.