Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:29

Metyu Brayza: «Azərbaycanda səfir olmaq istəyirəm»


Hazırda nə ilə məşğul olması barədə suala cavabda Brayza deyib ki, Dövlət Departamentində işini davam etdirir
Hazırda nə ilə məşğul olması barədə suala cavabda Brayza deyib ki, Dövlət Departamentində işini davam etdirir
«Təyinatım haqqında məsələ gündəlikdədir, amma hələlik qərar qəbul edilməyib», bu barədə Turanın Vaşinqton müxbiri ilə söhbətində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza təyinatı ilə bağlı suala cavab verərkən bildirib.

Brayzanın sözlərinə görə, o, ABŞ administrasiyasının qərarını gözləyir. «Şəxsən mən Azərbaycanda, ABŞ-ın partnyoru olan ölkələrdən birində işləmək istərdim», deyə Brayza qeyd edib.

Təyinat məsələsinin niyə bu qədər uzanması barədə suala cavabda diplomat bildirib ki, bunda qeyri-adi bir şey yoxdur. «Amerika səfirlərinin təyin edilməsi proseduruna diqqət yetirsəniz, görərsiniz ki, bu, kifayət qədər vaxt alır», deyə Brayza bildirib.

Hazırda nə ilə məşğul olması barədə suala cavabda Brayza deyib ki, Dövlət Departamentində işini davam etdirir. «Minsk qrupunda işimi başa vurmuşam və ən qısa zamanda növbəti təyinatımı alacağıma ümid edirəm», deyə Brayza qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG