Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:38

İlin əvvəlindən İrana 35 min azərbaycanlı səfər edib


Bu ilin 9 ayı ərzində 35 min Azərbaycan vətəndaşı İrana səfər edib. Bu haqda İran İslam Respublikasının Azərbaycandakı səfəri Məmməd Bağır Bəhrami bildirib.

Onun sözlərinə görə, İranın birtərəfli şəkildə Azərbaycanla viza rejimini ləğv etməsi iki ölkə vətəndaşları arasında ünsiyyəti daha da asanlaşdırmaq məqsədi daşıyır.

Azərbaycan ilə İranın müştərək mədəniyyətə, tarixə, dinə, 770 kilometrlik ümumi sərhədə malik olduğunu vurğulayan səfir bildirib ki, “bizim sərhəd şəhərlərimizin dili Azərbaycan dilidir. Burada yaşayan insanların tam haqqı var ki, bir-birinin evinə sərbəst şəkildə qonaq gedə bilsinlər”.
XS
SM
MD
LG