Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:46

İbrahimoviç “indilik” İsveç millisində oynamaq istəmir


İspaniyanın “Barselona” komandasının hücumçusu Zlatan İbrahimoviç deyib ki, indilik İsveç millisinin heyətində çıxış etməyəcək.

28 yaşlı hücumçu bildirib ki, İsveçin heyətində oynamaq onun üçün həmişə böyük şərəf olub, amma indi onun belə bir motivasiyası yoxdur. “Çünki indi dünya çempionatının seçmə oyunları, yaxud başqa mühüm oyunlar yoxdur”.

İbrahimoviç hesab edir ki, İsveçin keçirəcəyi yoldaşlıq oyunlarında çıxış etmək “enerji itkisi” olardı. "Özü də elə bir vaxtda ki, "Barselona"nı çox mühüm oyunlar gözləyir".
XS
SM
MD
LG