Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 22:34

Gəncənin 60 faiz əhalisinin suyu kəsilə bilər


Gəncədə ümumən 54 min su istifadəçisi var
Gəncədə ümumən 54 min su istifadəçisi var
Gəncə şəhər Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Mamed Hüseynovun sözlərinə görə, son 3 aydır ki, şəhər əhalisinin istifadə etdiyi suya görə ödədiyi məbləğ istifadə olunan suyun 40 faizindən çoxunu təşkil etmir:

«Ötən ay əhalinin cəmi 43,7 faizi ödəniş edib. Bildirişlər payladıq, amma bu da nəticə vermədi. Hissə-hissə ərazilərin suyun kəsirik, yenə ödəmirlər. Son qərar kimi polislə birgə yaşayış evlərinə gedəcəyik, əgər ödənişin faizi artmasa, əhaliyə verilən su dayandırılacaq və həmin abonentlər məhkəməyə veriləcəklər».

Əhali suyun pulunu ödəmədiyindən Gəncə Su-Kanal Törəmə Cəmiyyəti «Gəncəelektrikşəbəkə»yə olan 14 milyon manat borcunu ödəyə bilmir.

Ötən ilin yanvarında «Gəncəelektrikşəbəkə»yə olan borcunu ödəmədiyinə görə, iki böyük – «Çıragivzor» və «Metallurq» su anbarlarına və 15-dən çox artezianlara verilən enerjini dayandırmışdı.

Gəncədə ümumən 54 min su istifadəçisi var.
XS
SM
MD
LG