Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Əzimov Ərdoğanın Amerika səfərinə ümid edir


“İnanırıq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində regionun əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vaşinqtonu ciddi addımlar atmağa çağıracaq”.

Bu sözləri deyən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Türkiyə 1991-ci ildən regionda əsas rol oynayır.

“Son vaxtlar görünür ki, Türkiyə öz siyasətini davam etdirmək üçün yeni resurslardan istifadə etməyə çalışır. Lakin regionda son 18-20 il ərzində baş verən hadisələr nəticəsində Azərbaycanın da mövqeləri möhkəmlənib.

Azərbaycan regionda aparıcı ölkə, həm də Türkiyənin yaxın tərəfdaşı kimi inkişaf edir. Hesab edirik ki, Türkiyənin Baş naziri ABŞ-da həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarını nəzərə alacaq”.

Nazir müavininin sözlərinə görə, Birləşmiş Ştatlarda Türkiyənin Baş naziri regional səviyyədə digər təhlükəsizlik məsələlərini də müzakirə edəcək.
XS
SM
MD
LG