Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Məktəbdə partlayış törədilib


İraqın paytaxtı Bağdaddakı məktəblərin birində törədilən partlayışda azı 4 nəfər ölüb, ondan çox adam yaralanıb.

Hələ ki rəsmi olaraq təsdiqlənməmiş məlumatlara görə, partlayışa məktəbin həyətinə yerləşdirilmiş bomba səbəb olub.

Hadisə əsasən şiələrin yaşadığı Sədr rayonunda baş verilib.

Ölən və yaralananların çoxu şagirdlərdir.
XS
SM
MD
LG