Keçid linkləri

2025, 08 İyun, bazar, Bakı vaxtı 15:27

Moldovada prezidenti seçmək mümkün olmadı


Moldova parlamentində qərbyönümlü koalisiyanın namizədini prezident seçmək cəhdi uğursuzluğa düçar olub.

Müxalifətdəki kommunistlər parlament iclasını tərk ediblər.

Parlamentin Mərkəzi Seçki Komissiyasının rəhbəri İon Pleska deyib ki, prezidentliyə namizəd Mirian Lupu 53 səs toplayıb.

Prezident seçilmək üçün namizədə 61 səs lazımdır.
XS
SM
MD
LG