Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:16

Rusiyada matəm günüdür


Bu gün Rusiyada matəm günüdür. Rusiyalılar RPerm şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad edirlər.

Klubda təşkil olunmuş atəşfəşanlıq zamanı dekorativ tavanın yanması ilə başlayan faciə nəticəsində 112 nəfər ölmüş, 130-a yaxın adam xəsarət almışdı. Hadisə ilə əlaqədar 4 nəfər, o cümlədən gecə klubunun sahibi saxlanılıb.

Prezident Dmitri Medvedyev parlamenti yanğın təhlükəsizliyi tələblərinə riayət etməməyə görə nəzərdə tutulan cinayət cəzasını sərtləşdirmək məqsədilə qanuna dəyişikliklər etməyə çağırıb.

XS
SM
MD
LG