Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 02:55

Afinada polislə nümayişçilər toqquşub


Yunanıstanın paytaxtı Afinada polislə nümayişçilər arasında toqquşma olub.

Gənclər ötən il dekabrın 6-da şəhərdə polis tərəfindən öldürülmüş 15 yaşlı yeniyetmənin xatirəsini yad etmək üçün nümayişə çıxıblar.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

150-ə yaxın adamın həbs olunduğu xəbər verilir.

Ölkə paytaxtı Afinada keçirilmiş nümayişdə bir neçə min adam iştirak edib.

\Həmçinin Salonikada atiraz aksiyası keçirilib.


XS
SM
MD
LG