Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Müşfiq Hüseynovun müalicəsi effekt vermir


Qardaşı Sərvər Hüseynov Müşfiq Hüseynovla görüşüb. Görüş Ədliyyə Nazirliyinin tibb müəssisəsində baş tutub.

Müşfiq Hüseynov Ədliyyə Nazirliyinin tibb müəssisəsinə vərəm diaqnozuyla köçürülüb.

Müşfiq Hüseynovun bacısı Dilbər Hüseynova AzadlıqRadiosuna bildirib ki, qardaşının vəziyyəti hələ də ağırdır, o gün ərzində yalnız bir dəfə yemək yeyə bilir:

«Apardığımız bir banka yemək bir həftədir qalıb. İştahsızdır, vərəmin ağır mərhələsindədir, üstəlik, mədəsindən də əziyyət çəkir».

Dilbər Hüseynova Müşfiqin depressiyaya düşdüyünü və bu səbəbdən də müalicənin effektinin olmadığını deyir.

«Bizim yol» qəzetinin müxbiri Müşfiq Hüseynov 2007-ci ilin iyulunda rüşvət almaqda ittiham olunub və beş il müddətinə azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq media təşkilatları ölkə rəhbərliyini jurnalisti azadlığa buraxmağa çağırıb.
XS
SM
MD
LG