Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Ukraynada baş vermiş yol qəzasında 10 adam ölüb


Ukraynada mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 10 adam ölüb, 2 nəfərsə ağır yaralanıb.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə qəza Nemirov rayonunda baş verib.

Yolla hərəkət edən yük maşınının qoşqusu açılaraq qarşı yola çıxıb və nəticədə mikroavtobusla toquşub.

Mikroavtobusda 12 adam var imiş.
XS
SM
MD
LG