Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Yunanıstanda kütləvi aksiyalar gözlənilir

Dünən Yunanıstanda polislə toqquşmada 100-dən çox gənc saxlanıb.

Afina polisi ötən il dekabrın 6-da15 yaşlı yeniyetməni gülələyərək öldürdü və hakim dairələr ehtiyat edir ki, hadisənin ildönümündə yenidən ölkədə qarışıqlıq düşə bilər.

Dünən axşam Salonikidə keçirilmiş aksiyada 500-ə yaxın adam iştirak edib.

Həmçinin bir sıra solçu təşkilatlar və həmkarlar ittifaqları bu gün Afinada aksiyaya çıxmağı planlaşdırırlar.
XS
SM
MD
LG