Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

Danimarka Obamanın qərarını alqışlayıb


Danimarka ABŞ prezidenti Barak Obamanın Kopebhagen sammitində iştirak etmək qərarını alqışlayıb.

Obama Kopenhagenə dekabrın 18-də gedəcək.

Danimarkanın baş naziri Lars Lokke Rasmussen bildirib ki, ABŞ prezidentinin iqlim probleminə diqqət yetirməsi konfransın uğurlu olması üçün çox vacibdir.

Dekabrın 7-dən 18-dək keçiriləcək konfransda məqsəd, qlobal istiləşmənin qarşısını almaq üçün yeni müqavilənin əsas prinsiplərini müəyyən etməkdir.

Konfransadan sonra Barak Obama Nobel mükafatını almaq üçün Osloya gedəcək.
XS
SM
MD
LG