Keçid linkləri

2025, 20 İyul, bazar, Bakı vaxtı 11:42

Rusiyada matəm elan olundu


klubda 250 adam olub
klubda 250 adam olub
Prezident Dmitri Medvedevin sərəncamı ilə dekabrın 7-si Rusiyada matəm elan olunub.

Son məlumatlara əsasən, gecə klubunda yanğın nəticəsində 107 nəfər ölüb, 126 adam xəsarət alıb.

***

Rusiyanın Perm şəhərindəki klublardan birində partlayış baş verib.

Gecə klubunda dekabrın 4-ü axşam atəşfəşanlıq olub. Pirotexnika partlayıb, yanğın başlayıb. Bu vaxt klubda 250 adam olub.

İstintaqçılar terror versiyasını istisna edirlər. «Partlayıcı maddələrlə ehtiyatsız davranış» maddəsi ilə cinayət işi açılıb.

Faciə ilə əlaqədar Perm diyarında bütün əyləncəli tədbirlər üç günlüyə təxirə salınıb.

XS
SM
MD
LG