Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:04

Polanskinin ev dustaqlığı başlandı


Hollivudun məşhur rejissoru Roman Polanski bu gün İsveşrə Alplarında yerləşən Qstaad lüks kurortundakı evinə gətirilib. O burda ev dustağı olacaq.

İsveşrə məhkəməsi Polanskini girov müqabilində həbsxanadan ev dustaqlığına göndərdi.
Polanski evini tərk edə bilməz və onun Amerikaya verilib-verilməməsi haqda İsveçrə məhkəməsinin qərarını gözləməlidir.

Polanski 1977-ci ildə Los Ancelesdə 13 yaşlı qızla cinsi əlaqədə olmaqda günahkar bilinib və Amerika onun verilməsini tələb edir.

Polanski İsveçrədə film festivalına gələndə sentyabr ayında həbs olunub.
76 yaşlı rejissor girov kimi 4,5 milyon dollar verib.

XS
SM
MD
LG