Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Tehranın vaxtı azalır


“İranın nüvə proqramı ilə bağlı BMT-nin təklifini qəbul etməsi üçün dekabrın sonuna qədər vaxtı qalır”. Ağ Evin sözçüsü Robert Qibz deyib ki, əks halda İran yeni sanksiyalarla üzləşəcək.

Oktyabr ayında irəli sürülmüş və ABŞ, Fransa və Rusiyanın da dəstəyini qazanmış həmin təklif İranın şübhələri aradan qaldırmaq üçün özünün uran ehtiyatını xaricdə zənginləşdirməsini nəzərdə tutur.

İran hələlik bu təklifi rədd edir. Prezident Mahmud Əhmədinejad bu günlərdə deyib ki, uranı uzağı 20 faiz, yəni tibbi tədqiqatlar üçün yanacaq almağa yetəcək səviyyədə zənginləşdirəcəklər.

XS
SM
MD
LG