Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:01

START müqaviləsi bu gecə başa çatır


Bu gecə Rusiya ilə ABŞ arasında nüvə silahlarına nəzarət məqsədilə 1991-ci ildə bağlanmış və ingilis sözlərinin baş hərflərinə uyğun “START müqaviləsi” kimi tanınan müqavilənin qüvvədə olma müddəti başa çatır.

Rəsmilər bildirirlər ki, narahatçılığa əsas yoxdur. Bu sənədi əvəz edəcək yeni müqavilənin son detalları üzərində iş başa çatmaq üzrədir. Əsas müddəalar isə öz yerində qalacaq.

Qüvvəsi başa çatan START müqaviləsində Rusiya və ABŞ-ın nüvə başlıqlarını 6 minədək azaltması və birinin digərinin bu öhdəliyi yerinə yetirib-yetirməməsinə nəzarət etmək proseduru nəzərdə tutulurdu.

XS
SM
MD
LG