Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı bəyanat verib.
“Biz Azərbaycan hakimiyyətini humanistlik göstərib Müşfiq Hüseynovun zəruri tibbi yardım ala bilməsi üçün onun həbs müddətini azaltmağa çağırırıq”, deyə JMK-nın Avrasiya proqramının koordinatoru Nina Oqnyanova bildirib.
JMK deyir ki, bu ilin avqustunda həbsxanasında jurnalist Novruzəli Məmmədovun vəfat etməsindən sonra Müşfiq Hüseynovun səhhəti ilə bağlı narahatlığımız daha da artıb”.
Müşfiq Hüseynov 2007-ci ildə rüşvət alma ittihamı ilə həbs edilib. 6 il azadlıqdan məhrum edilib. Sonradan Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirib. Hazırda o vərəm xəstəliyindən əziyyət çəkir.