Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Beynəlxalq təşkilat jurnalistin səhhətinin pisləşməsindən narahatdır


Jurnalistləri Müdafiə Komitəsi Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı bəyanat verib
Jurnalistləri Müdafiə Komitəsi Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı bəyanat verib
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi «Bizim yol» qəzetinin 2007-ci ildə rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalisti Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlara dair bəyanatla çıxış edib.

Hüseynov kəskin vərəm xəstəliyindən əziyyət çəkir və 5 illik həbs cəzası çəkir.

«Biz Azərbaycan hakimiyyətini humanistlik göstərərək, Müşfiq Hüseynovun dərhal zəruri tibbi yardım ala bilməsi üçün onun həbs müddətini azaltmağa çağırırıq», deyə JMK-nın Avrasiya proqramının koordinatoru Nina Oqnyanova bildirib.

«Hüseynovun səhhəti ilə bağlı narahatlığımız bu ilin avqustunda zəruri tibbi yardımdan imtina edildiyi üçün Azərbaycan həbsxanasında jurnalist Novruzəli Məmmədovun vəfat etməsi ilə əlaqədardır», deyə Oqnyanova qeyd edib. Turan
XS
SM
MD
LG