Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Taliban və Əl-Qaidəyə qarşı mübarizə strategiyası müzakirə olunacaq


NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldəki toplantıda Taliban və Əl-Qaidəyə qarşı mübarizə strategiyasını da müzakirə edəcəklər.

Bir neçə gün öncə ABŞ prezidenti Barak Obama Əfqanıstana əlavə 30 min Amerika hərbçisi göndərmək qərarını açıqlamışdı. Bunun ardınca NATO-nun bəzi digər ölkələri də əlavə 5 min hərbçi göndərəcəklərinə söz vermişdilər.

Yeni göndərilən hərbçilərlə birlikdə Əfqanıstanda müttəfiq qoşunların sayı 140 minə çatacaq ki, bunun da 100 mini Amerika hərbçisi olacaq.

XS
SM
MD
LG