Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Pamuk: "'Əgər Avropa xristian klubudursa..."


Nobel mükafatı laureatı Orxan Pamuk “Məsumiyyət muzeyi" əsərini tanıtdığı Avropa turnesində Türkiyədə 1 milyondan çox erməninin öldürülməsi haqda iddiasını yenidən təkrarlayıb.

O bunu Avronyus telekanalına müsahubəsində deyib.

Türkiyə-Avropa Birliyi münasibətlərinə toxunan Pamuk deyib ki, həm Türkiyə, həm də Avropa indi kimlik axtarışındadır.

“Əgər Avropa Birliyi, əsasında millətçilik və xristianlıq dayanan xristian klubudursa, belə Avropada Türkiyəyə yer yoxdur.

Yox əgər Avropa azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərlərə söykənirsə, Türkiyə özünə orda yer tapa bilər.

Doğrudur, risq var ki, sonuncu halda Türkiyə yalnız Avropanın güzgüdəki əksi olacaq.

Avropanın özü də Türkiyəni birliyə qəbul etmək məsələsi ilə öz kimliyini müəyyən etməyə çalışır.

Digər tərəfdən, Türkiyə öz kimliyini müəyyənləşdirməyə cəhd edir – o mənada ki İslam, millətçilik, yaxud başqa bir ideya Türkiyənin səciyyəvi cəhəti ola bilərmi?”

Erməni qırğını ilə bağlı iddiaların təkrarından sonra Türkiyənin Ali Məhkəməsi vaxtilə Pamuka qarşı “türklərin milli ləyaqətini” təhqir etmək ittihamı ilə qaldırılmış işi yenidən bərpa edib.

Şərq və Qərb sivilizasiyaları arasında münasibətlər, Türkiyənin qərbləşməsi, kimlik axtarışı Pamukun yaradıcılığının ana xəttidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG