Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:19

Putin cinayətkarlara qarşı amansız olmağa çağırıb


Ötən cümə günü sərnişin qatarının partladılması Rusiyada terror təhlükəsinin yüksək olduğunu göstərir.

Bunu Rusiyanın baş naziri Vladimir Putin bu gün televiziya ilə canlı yayımda çıxışında deyib.

O deyib ki, baş vermiş faciə göstərir ki, bu istiqamətdə işi gücləndirmək və bu cür terror aktları törədən cinayətkarlara qarşı amansız olmaq lazımdır.

İqtisadi məsələlərə gəldikdə isə Vladimir Putin artıq ölkədə iqtisadi böhranın səngidiyini bildirib.

Amma bu il ölkə iqtisadiyyatında 8,5 faiz geriləmə olacaq.
XS
SM
MD
LG