Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 02:44

Bakıda məktəbdə yanğın olub


Bakıda orta məktəb binasında yanğın olub. Bu barədə «APA»ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Yanğın dekabrın 3-də saat 11.00 radələrində Xətai rayonu, «NZS» qəsəbəsində yerləşən 165 saylı orta məktəbin damında başlayıb. Şagirdlər dərhal evakuasiya olunub.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib, həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı tam alınıb.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG